AZ

Azərbaycanın Rusiya ilə ticarət dövrüyəsi azalıb

2024-cü ilin üç ayında Azərbaycanla Ryusiya arasında ticarət dövüyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8% azalaraq 890,733 milyon dollar olub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.  
 
Bildirilib ki, Azərbaycana aid məhsulların Rusiyaya ixracı  12,3% azalaraq 288,962 milyon dollar, Rusiyadan malların idxalı isə 661,771 milyon dollar (azalma 16,9%) təşkil edib.
 
Hesabatda qeyd olunub ki, Azərbaycanın ticarət tərəfdaşları arasında Rusiya İtaliya və Türkiyədən sonra 3-cü sırada qərarlaşıb. 

2023-cü il Azərbaycanın rusiya ilə ticarət dövrüyəsi 4 milyard 358 milyon dollara çatıb. 

Gülnar 
www.anews.az
Seçilən
54
28
Mənbələr
Şərh ()
Bağla