AZ

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir (FOTO)

Bakı. Trend:

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminəhəmrəylik ili” elan edilmişdir.

Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirininkeçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekolojilayihələr həyata keçirilir. Bunlardan biri də "McDonald’sAzərbaycan" şirkətinin Care Group şirkəti ilə birgə həyatakeçirdiyi “Eco-Ambassadors” adlı təşəbbüsdür. Layihə çərçivəsindəinternat məktəbinin şagirdləri üçün maarifləndirici və praktikiseminarlar keçiriləcək.

İlin sonunadək davam edəcək layihədə 11 saylı internatməktəbindən 100-dən çox yeniyetmə iştirak edəcək.

Layihənin əsas məqsədi yeniyetmələr arasında ekolojimaarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqındaməlumatlılığın artırılmasıdır. Bu təşəbbüs gənc nəsildə ətrafmühitə qarşı məsuliyyət hissinin inkişafına kömək edəcək.

Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafıərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dairmaarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması vəplastik tullantıların idarə olunması üçün konteynerlərinquraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları,gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanmasıvə digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətləryeniyetmələr arasında xüsusi bacarıqların inkişafına köməkedəcəkdir.

Layihənin həyata keçirilməsi üçün ekologiya üzrə ekspertlər vəmüəllimlərlə məsləhətləşmələr əsasında fərdi təhsil proqramtəminatı işlənib hazırlanacaq.

Bütün bu tədbirlər “McDonald's Azərbaycan” şirkətininəməkdaşları ilə birgə həyata keçiriləcək. Ətraf mühitin mühafizəsidaim şirkətin prioritet istiqamətləri sırasında olub və bu, onunfəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Buratullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi,plastikdən istifadənin azaldılması, daha ekoloji təmizqablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Buyolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizingələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.

Təbiətə
Təbiətə
Təbiətə
Təbiətə
Təbiətə
Təbiətə
Təbiətə
Təbiətə
Seçilən
36
6
Mənbələr
Şərh ()
Bağla