AZ

Naxçıvandan 4 məktəbli 300 bal toplayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Nağıyeva Leyla Arif qızı, Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü liseyin şagirdi Əbilov Ziya Namiq oğlu, Culfa rayon 3 nömrəli tam orta məktəbin şagirdi İsmayıllı Kənan Mehman oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Təbrik edirik!

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla