AZ

Seçkilərdə iş adamından Ədoğana dəstək

Almaniyada yaşayan Elazığlı iş adamı İhsan Dağoğlu Türkiyə mətbuatına verdiyi müsahibədə prezident Ərdoğanla 1985-ci ildən bəri davam edən dostluğundan danışıb. İş adamı İhsan Dağoğlu 1994-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsi seçkilərində işini asanlaşdırmaq üçün Ərdoğana avtomobil verdiyini, o illərdə bu hadisənin ölkə mətbuatının önəmli xəbərinə çevrildiyi bildirərək dostlar arasında bunun adi hal olduğunun qeyd edib.

Məlumat üçün bildirək ki, 1984-cü ildə Almaniyaya köçdükdən sonra ticarətlə məşğul olan xeyriyyəçi iş adamı, 2013-cü ildə ailəsi adına qurduğu İH-DA fondu ilə 23 ölkədə məscidlər, məktəblər, uşaq evləri tikdirmiş, 200 mindən çox aztəminatlı insana kömək göstərib.

Fuad Əhmədov



Seçilən
23
Mənbələr
Şərh ()
Bağla