AZ

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

“Kəpəz”lə matçın bizim üçün çətin keçəcəyini bilirdik. İlk hissədə 0:2 hesabı ilə geri düşməyimizə baxmayaraq, fasilədən sonra geridönüş etməyi bacardıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in üzvü Rüfət Abdullazadə deyib.

Gənc yarımmüdafiəçi Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə 3:3 hesabı ilə heç-heçə etdikləri oyundan danışıb: “Təəssüf ki, son dəqiqə qolu ilə qələbəni əldən verdik. Hər şeyin itirildiyini düşünmürəm. Hələ qarşıda 6 oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Çox yaxşı komandamız var, hamı məsuliyyəti dərk edir. Düşünürəm ki, bu mərhələdə qələbələrimiz olacaq. Qaldı öz çıxışıma, buna mən qiymət verə bilmərəm. Məşqçi heyətindən soruşsaz, daha yaxşıdır. Mən əlimdən gələn hər şeyi edirəm ki, komanda üçün faydalı olum”.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla