AZ

BMT: 1.7 milyon insan Qəzzada məcburi köçkün vəziyyətinə düşüb

\"Qəzzada təxminən 1,7 milyon insan məcburi köçkün vəziyyətindədir. Bu insanlar dəhşətli şəraitdə və daim təhdid altında yaşayırlar\".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Ofisinin sözçüsü Ravina Şamdasani deyib.

Şamdasani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında İsrailin sıx hücumlarına məruz qalan Qəzzada vəziyyətlə bağlı qiymətləndirmələr edib.
 
Son günlər işğal altındakı İordan çayının qərb sahilində artan zorakılığın həyəcan verici olduğunu vurğulayan Şamdasani fələstinlilərin əksəriyyəti İsrail əsgərlərinin müşayiət etdiyi və ya dəstəklədiyi yüzlərlə israilli məskunlaşmaçının hücumlarına məruz qaldığını vurğulayıb.

Şamdasani qeyd edib ki, İsrail \"işğalçı güc\" olaraq İordan çayının qərb sahilində ictimai asayişi və təhlükəsizliyi bərpa etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görməlidir.

\"İsrail təhlükəsizlik qüvvələri fələstinlilərə qarşı mühacirlər hücumlarında fəal iştirakını və dəstəyini dərhal dayandırmalıdır”.
 
Şamdasani onu da bəyan edib ki, İsrail hakimiyyəti bu hücumların qarşısını almalıdır, o cümlədən məsul şəxsləri məsuliyyətə cəlb etməlidir.
 
Mikayıl
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla