AZ

Oğurlanmış qızıl çay qabı görün haradan tapıldı - FOTO

Yaponiyanın paytaxtı Tokioda ikinci əl mağazasında 65 min dollar dəyərində xalis qızıldan hazırlanmış çay qabı tapılıb.

Publika.az xəbər verir ki, bir müddət öncə Nihombashi rayonunda məşhur Takashimaya alış-veriş mərkəzində 65 min dollarlıq qızıl çay qabı oğurlanıb.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, “promo məhsullar” sərgisindən oğurlanan çay qabı Koto rayonundakı ikinci əl mağazasında ələ keçirilib. Takashimayada “promo məhsullar” sərgisinə sponsorluq edən şirkətin prezidenti qabın üzərindəki qravüra və onun çəkisini yoxlayaraq məhsulun həqiqiliyini təsdiqləyib.

Şübhəli olaraq həbs edilən 32 yaşlı Horie Masarun çay qabını ikinci əl mağazasına 11 700 dollara satıb.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla