AZ

Yolda nə etdiyini özü belə bilməyən sürücülər - VİDEO

Sürücülərin yollarda diqqətli olması və qaydalara əməl etməsi vacibdir. Bu sürücülərin və ətrafdakıların təhlükəsizliyini təmin edir. Lakin bəzən sürücülər diqqətsizlik edib, digər hərəkət iştirakçıları üçün çətinlik yaradırlar.

Avtosfer.az xəbər verir ki, analoji vəziyyətlərdən biri fevralın fevralın 24-ü Şəmsi Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, 90-TY-815 qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü yolda ani manevrlər edib. Sürücü öncə xəbərdarlıq işığını yandıraraq ən sol zolağa keçmək istəyib. Lakin anidən ən sağ zolağa manevr edib. Bu da digər sürücülərdə çaşqınlıq yaradıb.

Daha bir sürücü isə fevralın 23-ü Babək prospektində qayda pozub. Qırmızı işıqda keçən sürücü digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb.

Qeyd edək ki, sürücülərin bu kimi səhvləri çox vaxt qəzalarla nəticələnir. Qeyd edilən sürücülər xoşbəxtlikdən heç bir qəzaya səbəb olmasa da təhlükəli hərəkətlərə yol veriblər.

Məhəbbət Tərlanoğlu

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla