AZ

ABŞ-ın məxfi saxladığı layihənin şok detalları üzə çıxdı

ABŞ prezidenti Co Bayden 2025-ci ilin maliyyəsinin 895,2 milyard dollarlıq müdafiə büdcəsini təsdiq üçün ABŞ Konqresinə göndərib. Demək olar ki, bütün layihələrin “tam məxfi” olaraq qeyd olunması isə maraq doğurub.

Publika.az xəbər verir ki, Amerika müdafiə mediasının Senat və Pentaqon mənbələrindən əldə etdiyi məlumata görə, layihə çərçivəsindəki bütün gizli istehsallar bu günə qədər sınaqdan keçirilməmiş, hələ inkişaf mərhələsində olan texnologiyalar və ya fövqəladə hərbi texnikadan ibarətdir.

Layihələrdən ən diqqət çəkəni ümumilikdə 1,5 milyard dollara başa gələcək “C4ISRNET” layihəsidir. "Komanda, Nəzarət, Əlaqə, Kompüterlər, Kəşfiyyat, Müşahidə" mənasını verən layihənin əhatə dairəsi gizli saxlanılır.

Layihənin ən böyük məqsədlərindən biri bütün NATO üzv ölkələrini qalxan kimi qoruyacaq hava müşahidəsi və rəqəmsal məkana nəzarət etməkdir.

Roza Şəfiyeva

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla