AZ

Tayvan ordusu yeni HHM sistemini sınaqdan keçirib

Tayvan silahlı qüvvələri yeni “Lujian-2” yerüstü zenit-raket kompleksini uğurla sınaqdan keçirib.

Herbiand.az xəbər verir ki, bu barədə yerli “Ziyu Shibao” qəzeti məlumat yayıb.

Təkərli şassi üzərində olan “Lujian-2” mobil buraxılış qurğusu TC-2 raketi ilə pilotsuz uçuş aparatını uğurla vurub. Sınaqlar “Zhongshan Jiupeng” Elm və Texnologiya İnstitutunun hərbi poliqonunda baş tutub. Sınaqlar ötən həftə baş tutmalı idi, lakin pis hava şəraiti səbəbindən təxirə salınmışdı. Tayvan silahlı qüvvələri gələcəkdə bu cür atışmaları hər il keçirməyi planlaşdırır.

“Lujian-2” hava hücumundan müdafiə sisteminin ilk nümunələri ötən ilin may ayında Tayvanın quru qoşunlarına daxil olmağa başlayıb. Onların məsafəsi təxminən 15 km-dir. Yeni sistemlər təyyarələri, helikopterləri, dronları, həmçinin qanadlı raketləri və digər hava hədəflərini məhv etmək üçün istifadə oluna bilər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla