AZ

Türkiyə üçün gözlənilməz hadisə

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən aparılan araşdırmalarda bildirilir ki, qarşıdakı illərdə Türkiyə də daxil olmaqla 8 ölkə iqlim dəyişikliyi səbəbindən təhlükə ilə üz-üzə qalacaq.

Herbiand.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qışda və payızda günəşli günlər çoxalaraq milyonlarla insana mənfi təsir edəcək.

Məlumatda bildirilir ki, iqlim dəyişikliyi səbəbindən insanlar günlərini daha çox evdə keçirmək məcburiyyətində qalacaqlar. Qeyd olunur ki, təbii fəlakət səbəbindən Türkiyədə aktiv həyat tərzi 2100-cü ilə qədər ən pis halda 14 gün, ən yaxşı halda isə 5 gün azalacaq.  

Elnurə İSAXAN

 

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla