AZ

Özünə xəsarət yetirən qızın səhhəti yaxşıdır

16 yaşlı qızın intihara cəhd etməsinin səbəbi bəlli olub.

Seher.media-ya 3 saylı uşaq evindən bildirilib ki, hazırda qızın vəziyyəti yaxşıdır:

“Qız qollarını doğramayıb. Bir qədər özünə xəsarət yetirib, qolunun dərisi cızılıb. Həkimlər ilkin tibbi yardım göstəriblər. Hazırda onun səhhəti yaxşıdır.

O, dava etməyib. Sadəcə olaraq rəfiqəsinin atasının yanına getməsini istəməyib deyə, aralarında söz-söhbət yaranıb. Hazırda hər şey yaxşıdır, qız uşaq evindədir”.

14:46

Bakıda uşaq evində intihara cəhd olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Nəzrin Vahid

Seçilən
2783
5
Mənbələr
Şərh ()
Bağla