Türkiyədə gənclər arasında infarkt halları çoxalıb.
Yenisabah.az xəbər verir ki,bu barədə professor Sebahattin Ateşal danışıb.
Onun sözlərinə görə, bu, gənclər arasında ölümlərin artmasına bu səbəbləri var:
“Ürək-damar xəstəliklərinin erkən diaqnozu rutin müayinələrlə mümkündür. Yaş belə xəstəliklərin inkişafı baxımından əhəmiyyətli rol oynayır. Yaşlanma prosesi ilə damarlardakı yağ yığılmaları və tıxanmalar artır və insanların ürək-damar xəstəliklərinə tutulma riski artır, infarkt artır. Lakin son zamanlar müxtəlif faktorlara görə infarktın baş verdiyi yaş da cavanlaşıb. Ona görə də risk faktorlarını erkən müəyyənləşdirmək və tədbir görmək lazımdır” .
Mütəxəssis açıqlamasında siqaret və spirt məhsullardan istifadə yaşının azaldığını bildirir. O, infarkt riskinin azaltmaq üçün siqaret və alkoqol məhsullarından yayınmanı vacib sayıb.
Şeyla Səmiyeva