AZ

Azərbaycana xaricdən gətirilən hibrid avtomobillər - 20 MİN MANATADƏK BAHALAŞIB - QİYMƏT

Cari ilin yanvar-mart aylarında Azərbaycana 117 milyon 985 min dollar dəyərində 3 615 ədəd hibrid avtomobili idxal olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-ci iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 51 milyon 787 min dollar və ya 78,2%, miqdar ifadəsi ilə 568 ədəd və ya 18,6% artıb.

Qeyd edək ki, ötən ilin yanvar-mart ayları ərzində 66 milyon 197 min dollar dəyərində 3 048 ədəd hibrid avtomobili gətirilib.

Azərbaycana gətirilən hibrid avtomobillərin qiymətində də xeyli artım olub. Belə ki, 2024-cü ilin üç ayında 1 ədəd hibrid avtomobilin  orta idxal qiyməti  32 min 638 dollar (55 min 484 manat) təşkil edib. 2023-ci ilin yanvar-mart aylarında isə ölkəyə gətirilən hibrid avtomobillərin orta qiyməti 21 min 725 dollar (36 min 933 manat) olmuşdu. Beləliklə son bir ildə idxal olunan hibridavtomobillərin qiyməti 10 min 912 dollar (18 min 550 manat) və ya 50,2% bahalaşıb.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla