AZ

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Azərbaycanın

Bakı, 16 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya ixracın həcmi 33,24 faiz olub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, qeyd olunan dövrdə Azərbaycandan İtaliyaya 1 milyon 930 min 858,25 ton neft ixrac edilib.

Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin siyahısında İsrail ikinci yerdə qərarlaşıb. Cari ilin birinci rübündə 621 083,92 min dollar dəyərində 1 milyon 21 min 917,3 ton neft ixrac edilib.

Siyahıda üçüncü yeri Hindistan tutur. Qeyd olunan dövrdə bu ölkəyə 454 380,81 min dollarlıq 712 min 883,74 ton neft ixrac edilib.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla