AZ

300 bal toplayan şagird imtahanlara repetitor yanında hazırlaşıb

Martın 10-da keçirilmiş buraxılış imtahanında 39 nəfər maksimum nəticə göstərib.

 

300 bal toplamış 36 nömrəli tam orta məktəbin şagirdi Jalə Xasıyeva öz təəssüratlarını AzEdu.az Təhsil Portalı ilə bölüşüb.

 

Jalə bildirib ki, o, yüksək nəticə göstərəcəyini gözləyirmiş:

 

“Nəticəmin yüksək olacağından əmin idim, lakin cavablar gözləmədiyim anda çıxdığı üçün çox həyəcanlandım və sevindim. Mən I ixtisas qrupu üzrə hazırlaşıram. İnformasiya təhlükəsizliyi ixtisası üzrə Bakı Ali Neft Məktəbi yaxud da ADA universitetində təhsil almağı hədəfləyirəm. Dəqiq universitet seçiminə blok imtahanlarından sonra qərar verəcəm”.

 

Müsahibimizin sözlərinə görə o, hazırlıq prosesi üçün repetitor yanına gedib:

 

“İmtahana hazırlaşmaq üçün kurslara yox, ayrıca müəllimlərə müraciət etmişəm. Bunun nəticəsində təməl biliklərimi daha da möhkəmləndirdiyimi düşünürəm”.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla