AZ

Dani Lorenso azarkeşə forma satdı, üzr istədi - Video

İspaniyanın “Malaqa” klubunda çıxış edən ispan futbolçu Dani Lorenso azarkeşə forma satdığı üçün üzr istəmək məcburiyyətində qalıb.

Arena.az xəbər verir ki, vaxtilə İspaniya La Liqasında mübarizə aparmış “Malaqa” hazırda 3-cü Liqanın 2-ci qrupunda yarışır.

Sözügedən komanda İspaniya İkinci Liqasına vəsiqə uğrunda mübarizə aparır. Malaqanın eyniadlı təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Daniel Lorenso Gerrero son matçların birində qəribə addımı ilə gündəmə gəlib. 21 yaşlı ispan futbolçu matçın sonunda geyindiyi formanı azarkeşlərdən birinə satıb. O, buna görə azarkeşdən 50 avro alıb. Amma bunun üstü açılıb və nəinki İspaniya, bütün Avropada gündəm olub.

Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra ispaniyalı futbolçu üzr istəmək məcburiyyətində qalıb. Dani Lorenso baş verənlərlə bağlı bunları söyləyib:

“Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır. Azarkeşlərin formalar üçün pul təklif etməsi mənə normal görünürdü. Bunu etməməliydim. Ümid edirəm ki, insanlar məni başa düşərlər”.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla