AZ

ABŞ ordusu Filippində ilk dəfə mobil “Tomahawk” bölmələrini yerləşdirib

Aprelin əvvəlində ABŞ Ordusu Filippinin şimal adalarında təlimlər zamanı həm “Tomaqavk” qanadlı raketləri, həm də SM-6 zenit raketlərini istifadə edə bilən “Tayfun” mobil yerüstü buraxılış qurğularını yerləşdirib.

Herbiand.az bildirir ki, “Naval News” bu barədə Amerika komandanlığının nümayəndələrinə istinadən xəbər verir.

Dörd buraxılış qurğusundan, komanda məntəqəsindən və əlaqəli logistika maşınlarından ibarət olan “Tayfun” batareyası, həmçinin HIMARS mobil çoxsaylı buraxılış raket sistemləri və “Dark Eagle” hipersonik raket batareyalarından ibarət olan əməliyyat qrupunun zərbə batalyonuna təyin edilib.

Amerika ordusunun mətbuat xidmətinin qeyd etdiyi kimi, Şimali Luzonda yerləşən “Tayfun” qurğuları Cənubi Çin dənizində və Çin materikinin sahillərində Çin Xalq Azadlıq Ordusunun müxtəlif hədəflərini vurmağa qadirdir.

“Tomahawk” qanadlı raketlərinin istifadə diapazonu 1500-2500 km arasındadır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla