AZ

Ukrayna Krım körpüsünü necə dağıda abilər? – Ekspert açıqladı

Ukrayna tərəfi birləşmiş zərbə ilə Krım körpüsünü dağıtmağa qadirdir. Bunun üçün Britaniyanın “Storm Shadow” raketləri və Amerikanın ATACMS ballistikası ilə vurmaq, həmçinin pilotsuz təyyarələrdən istifadə etmək lazımdır.

Editor.az bildirir ki, bununla bağlı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Petr Çernik Kanal 24-ə fikirlərini bölüşüb. Onun fikrincə, bu düşmən obyektini aradan qaldırmaq üçün yalnız “Storm Shadow” kifayət etməyəcək, çünki ruslar bu səsdən aşağı Britaniya qanadlı raketlərini asanlıqla məhv edə bilərlər.

Çernikin sözlərinə görə, buna görə də ballistik raketlərdən, o cümlədən ATACMS-dən istifadə etmək lazım gələcək. Bundan başqa, ekspertin fikrincə, düşmənin elektron döyüş sistemlərinin işinə mane olmaq və düşmənin hava hücumundan müdafiə vasitələrini yayındırmaq üçün həm havadan, həm də dənizdən iri pilotsuz təyyarə hücumu həyata keçirmək lazımdır. “Həmçinin (Krım körpüsünü ləğv etmək üçün) həm yerüstü/sualtı, həm də havadan böyük bir dron hücumu olmalıdır…”, – polkovnik belə hesab edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla