AZ

İraqın baş naziri: Co Bayden saatı ilə oynayırdı

ABŞ prezidenti Co Bayden İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb. Görüş zamanı Co Baydenin rəftarı diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda kritik görüş baş tutub.

ABŞ prezidenti Co Bayden Ağ Evdə İraq lideri Məhəmməd Şia əl-Sudanini qəbul edib.

İki lider Yaxın Şərqdə gərginliyin davam etdiyi bu dövrdə tərəfdaşlıq məsələsini müzakirə ediblər.

İsrailə bağlılığını təkrarlayan Bayden açıqlamasında \"ABŞ İraq da daxil olmaqla, bölgədəki maraqlarını və tərəfdaşlarını qorumaqda qərarlıdır\", - deyə bildirib.

Onun sözlərinə görə, İraq və ABŞ İŞİD-i məğlub etmək üçün çiyin-çiyinə çalışır.

İraqın baş naziri Sudani ABŞ və İraqın Yaxın Şərqdə baş verən hadisələrlə bağlı fikirlərinin fərqli ola biləcəyini və münaqişənin genişlənməsinin qarşısını almaq istədiklərini bildirib.

ABŞ ilə münasibətlərdə tam ortaqlığa keçmək istədiklərini ifadə edən Sudani ABŞ-İraq əlaqələrinin mühüm yol ayrıcında olduğunu bildirib.

ABŞ prezidenti Baydenin görüş zamanı rəftarları sosial mediada diqqət çəkib. Bayden İraq baş nazirinin çıxışı zamanı saatı ilə oynayıb. Həmin anlar sosial şəbəkədə müzakirələrə səbəb olub.
 
Nəzrin
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla