AZ

Rusiyanın “halvası çalındı” – Ermənistanda rus məhsulları yoxlanılır

Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət İdarəsinin mütəxəssisləri “Mega Food” MMC-də yoxlama zamanı Rusiyanın “Timoşa” şirkətinin istehsalı olan bir neçə növ halva müəyyən ediblər. Yoxlama zamanı qeyd olunan məhsulların Gömrük İttifaqının texniki reqlamentləri ilə müəyyən edilmiş tələblərə cavab vermədiyi məlum olub.

KONKRET.az xəbər verir ki, Ermənistanda Rusiyanın “Timoşa” şirkətinin istehsal etdiyi halvanın tərkibində kadmium aşkar edilib.

Nəzarət orqanı məhsulların satışının qadağan edilməsi, bazardan geri çağırılması və ya məhv edilməsi barədə əmr verib.

Qeyd olunur ki, adıçəkilən məhsulların təhlükəsi ilə bağlı Belarus Səhiyyə Nazirliyindən də məktub gəlib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla