AZ

Epidemiya: Bu xəstəlik 7 min 500 adamda görüldü

Son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) xəstəliyindən əziyyət çəkənlərin sayının 7500-ü keçdiyi bildirilib.

Publika.az xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında son yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində artan halların Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə cəmləşdiyi qeyd edilib.

Səhiyyə mütəxəssisləri bu xəstəliyin fabriklər, bazarlar, meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Seçilən
98
50
Mənbələr
Şərh ()
Bağla