AZ

İran-İsrail münaqişəsinin ABŞ-dakı seçkiləri təsiri: “Bu onun qələbəsi deməkdir” – AÇIQLAMA

“Əgər İsrail hücum etsə, müharibə davam edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İranla İsrail arasındakı gərginlik və bunun necə nəticələnəcəyini dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, ABŞ və tərəfdaşlarına İran-İsrail müharibəsi sərf etmir.

“Faktiki olaraq İsrail İranı vurdu. Harda olmasından aslı olmayaraq, konsulluq, səfirlik həmin dövlətin ərazisi sayılır. Ancaq İran öz ərazisindən, İraqda, Suriyadan, Livandan dronlar, raketlərlə İsrailə zərbələr endirməyə başladı. Bu zərbələrin hamısını İsrail, ABŞ, Böyük Britaniya, İordaniya İranın hücumunun qarşısını aldılar”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, ABŞ İsrailə maliyyə yardımı etdi və İsrail hərbi texnika, digər vasitələr aldı:

“Bu o demək idi ki, İsrail açıq-aşkar müharibəyə hazırlaşırdı. Hazırda ABŞ və tərəfdaşlarına İran-İsrail müharibəsi sərf etmir. Düşünürəm ki, baş verənlər ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir edəcək. Bu, birmənalı olaraq Trampın qələbəsi deməkdir. İran-İsrail münaqişəsi Trampın əlinə oynadı. Hətta bundan sonra Trampı təbrik etmək olar. ABŞ da müharibənin davam etməsini istəmədi, İran da bəyanat verdi ki, sona qədər getməyəcək. ABŞ da bilir ki, bu müharibənin prespektivi yoxdur. Ancaq hər şey İsraildən aslıdır. Əgər İsrail hücum etsə, müharibə davam edəcək, yoxsa bu vəziyyətdə qalacaq”.

Səxavət Məmməd

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla