AZ

Gəncədə 37 yaşlı kişi İTKİN DÜŞDÜ 

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında “Mercedes Vito” markalı mikroavtobusdan düşüb və o vaxtdan ondan xəbər yoxdur. 

Qohumlarının bildirdiyinə görə, aprelin 15-də bir müddət onun telefonuna zəng çatsa da, sonradan əlaqə yaratmaq mümkün olmayıb.

Osman Həsənovun üzərində cins şalvar, boz köynək olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-ya bildirdiyinə görə, O. Həsənovun itkin düşməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Hazırda şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla