AZ

"Fənərbağça"nın oyunu almanlara tapşırıldı

"Fənərbağça" Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Olimpiakos"u qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, aprelin 18-də baş tutacaq görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Tobias Stiler olacaq. Ona yan xətt hakimləri Kristian Gittelmann və Mark Borş kömək edəcək. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

"Fənərbağça" - "Olimpiakos" oyunu saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda yunanlar qələbə qazanıb - 3:2.
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla