AZ

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü tutuldu - CASUS OVU

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam edir.

Lent.az "MOUZE" teleqtam kanalına istinadən xəbər verir ki, Hacı Talehin dəstəsinin üzvü tutulub.

Bu əməliyyatların davamı olaraq Xırdalanda həyata keçirilən tədbirlər zamanı İranın molla rejiminə xidmət edən və onları təbliğ edən Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, 21 yaşlı Əsgərov Rüstəm Əsgər oğlu da saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, adı çəkilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla