AZ

Tükürpədici intihar hadisəsi – DETALLAR...

Kayseri şəhərində də 2 əqrəb yeyən şəxs sərnişin avtobusunda pisləşərək Samsunda aparıldığı xəstəxanada dünyasını dəyişib.

Türkiyə Respublikasının Kayseri vilayətində yaşayan 56 yaşlı vətəndaş depressiyaya düşməsi nəticəsində iki əqrəb yeyərək intihar edib. Sərnişin avtobusu ilə Artvin rayonuna gedən Türkiyə vətəndaşı Samsun istiqamətində olarkən halı pisləşib.

Yaxınlıqdakı dövlət xəstəxanasına çatdırılan vətəndaş özünə qəsd üçün iki ədəd əqrəb yediyini bildirib.  Müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb və həyatını itirib.

Tibbi ekspertizadan sonra şəxsin dəqiq ölüm səbəbinin müəyyən ediləcəyi bildirilib.



Seçilən
41
Mənbələr
Şərh ()
Bağla