AZ

İsraildən 32 ölkəyə məktub: “Terror təşkilatı elan edin” – İrandan sərt AÇIQLAMA

Aprelin 13-də İranın İsrailə qarşı cavab hücumundan sonra İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkəyə göndərdiyi məktubda və həmkarları ilə keçirdiyi görüşlərdə “İranın qarşısını almaq və zəiflətmək üçün” Tehranın raket proqramına qarşı sanksiyalar tətbiq edilməli və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “terror təşkilatı” elan edilməsi ilə çağırış etdiyini bəyan edib.

Yenicag.az xəbər verir ki, israilli nazir bu barədə “X” sosial media hesabında qeyd edib.

“Hücuma raket və PUA ilə hərbi cavab verməklə yanaşı, diplomatik hücuma da başlayıram. Çox gec olmadan İranın dərhal dayandırılması lazımdır”, – deyə o yazıb.

İran parlamentinin Təhlükəsizlik Şurasının sözçüsü Əbülfəzl Amuyi İsrailin İrana qarşı qisas alması ehtimalını dəyərləndirib.

Amuyi ölkəsinin aprelin 13-də İsrailə hücumunun qanuni olduğunu və İsrailin istənilən hücumuna cavab verəcəklərini deyib.

“Biz əvvəllər istifadə etmədiyimiz silahlardan istifadə etməyə hazırıq. Hər bir ssenari üçün planımız var. İsrail məntiqli hərəkət etməlidir”, – deyə o bildirib.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla