AZ

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Birinci

Bakı, 16 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında ölkədən 67,6 min ton neft koksu ixrac edilib. Bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 7,14 faiz azdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 5 milyon 468,3 min dollar olub.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 72,8 min ton və ya 29 milyon 934,3 min dollar dəyərində neft koksu ixrac edilib.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla