AZ

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Cari

Bakı, 16 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyon 600,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 3 milyard 490,1 milyon dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, ötən ilin eyni aylarında ölkədən 6 milyon 809,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 4 milyard 272,1 milyon dollar təşkil edib. Neft bitumunun ixracı isə 114,5 ton təşkil edib. İxrac edilən məhsulun dəyəri 21,1 min dollar olub.

Ötən ilin eyni dövründə isə ölkədən 701,4 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 220,1 milyon dollar olub.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla