AZ

"Bank Respublika" cərimələnə bilər

"Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

E-huquq.az-ın məlumatına görə, bank barədə İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə nzibati protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Protokol təsdiq olunsa, "Bank Respublika" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla