AZ

Hər göbələk yeməli deyil

Yazın gəlişi ilə göbələk mövsümü başlayıb.

Yenisabah.az xəbər verir ki, mütəxəssislər təbiətdə 40 növ göbələyin yetişdiyini, onların arasında ağır zəhərlənmə ilə ölümə səbəb ola biləcək növlərin də olduğunu bildirirlər.

Bu növlər rütubətli ərazilərdə daha çox rast gəlinir. Onlar mədə-bağırsaq sisteminə, qaraciyər və böyrəklərə ziyan verir.

Zəhərlənmə zamanı qızdırma, qusma, ürəkbulanma, nəbzin sürətlənməsi, tərləmə, görmədə narahatlıq, ağızda metal dadı kimi əlamətlər müşahidə olunur.

Mütəxəssislər göbələk müalicəsi zamanı ümumi müalicə üsulu olmadığını vurğulayırlar. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla