AZ

Fransız xanımları bu bahar hansı dəbi diktə edir?

Fransız qadınları özlərinə xas dəb qanunlarına sadiq qalmağı və ondan kənara çıxmamağı sevirlər. Geyimlərini adətən sakit çalarlarda seçir və ona cəlbedici aksessuarlarla rəng qatmağa üstünlük verirlər

Publika.az oxucuları fransız gözəllərinin bahar trendləri ilə tanış edir:

Qısa ətəklər

Fransız qadınları həmişə qısa paltar və ətəklərin pərəstişkarı olublar. Hətta son bir neçə mövsümdür moda arenasında maksi uzunluğu hökm sürsə də, parislilər "minilərini" ona dəyişmədilər. Qısa ətək və donlar bu ilin yazında yenidən trenddir. Fransız qadınları adətən sadə kəsimli və bəzək-düzəksiz modelləri seçir və onları sviter, trikotaj və ya klassik köynəklərlə birləşdirirlər.

Cins

@elodieromy

2024-cü ilin başqa bir tendensiyası cins geyimlərdir. Podiumlarda təqdim olunan enli balaq cins şalvarlar və cins köynəkləri fransız qadınlar ən zərif formada geyinirlər. Bu zaman rənglərin uyğunluğuna diqqət etmək önəmlidir. Boyuna bağlanmış şal və itiburunlu dikdaban isə obrazın tamamlayıcıları olacaq.

Rəngli aksessuarlar

Fransız qadınları ustalıqla ən sadə geyimləri adətən rəngarəng aksesuarların köməyi ilə möhtəşəm obraza çevirirlər. Şallar, papaqlar, çantalar, kəmərlər, ümumiyyətlə qarderobda hər şey ən dəbli çalarlarda olacaq. Xoşbəxtlikdən, bu mövsüm seçim kifayət qədər böyükdür: zümrüd, kobalt və şərab tonları ən populyar rənglər arasındadır. Zövqünüzə uyğun hər hansı birini seçin.

Qəhvə çalarları

Parlaq rənglər ruhunuzu oxşamırsa, aktuallığını hələ qoruyan qəhvəyi çalarlara diqqət yetirin. Fransız qadınları bir palitranın bir neçə çalarını bir obrazda birləşdirməyi sevirlər. Belə bir obraz lakonik olacaq, lakin heç də darıxdırıcı deyil. Hər gün üçün ideal seçim.

Seçilən
36
49
Mənbələr
Şərh ()
Bağla