AZ

Slovakiya Ukraynanın Aİ-yə üzvlüynə "hə", NATO-ya "yox" deyəcək

Slovakiya Ukraynanın NATO-ya qəbulunun əleyhinə olacaq. 

HİT.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko mətbuat konfransında bildirib.

"Ukrayna deyə bilər: "Biz NATO-ya üzv olmaq istəyirik". Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Biz deyirik ki, parlamentdə Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri ratifikasiya etməyəcəyik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır. Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları risk altında olacaq", deyə Fiko bildirib.

Bu arada Slovakiya Ukraynanın Avropa İttifaqına qəbul edilməsi ideyasını dəstəkləyir. Fiko Brüssel və Kiyev arasında bu prosesin başlanması ilə bağlı danışıqların mümkün qədər tez başlamasının tərəfdarıdır.

Baş nazirin sözlərinə görə, Slovakiya bunda maraqlı olan bütün dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirmək siyasətini həyata keçirəcək. Bu, özü kimi kiçik respublikanın beynəlxalq aləmdə suveren maraqlarının maksimum dərəcədə reallaşdırılmasını təmin edəcək.

Samir

 

Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla