AZ

"Tədbirlərə ev sahibliyi etməyimiz göstərir ki,..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Məlum olduğu kimi bu ilin payızında ölkəmizdə çox əhəmiyyətli beynəlxalq tədbir - COP29 tədbiri keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Deputat bildirib ki, bu tədbir həm öz əhatə dairəsinə, həm iştirak edəcək qonaqların sayına, ehtiva etdiyi məsələlərin əhəmiyyətinə görə çox böyük nüfuzlu tədbir olaraq dəyərləndirilir: "Ölkəmizə 80 minə qədər insan gələcək. Belə mötəbər tədbirə ev sahibliyi etməsi üçün etimad göstərilməsi Azərbaycanın nüfuzunu, gücünü, qüdrətini ortaya qoyur. Dünyada tanınmış və təsdiq edilmiş nüfuz sahibi olan ölkədə belə tədbirin keçirilməsi ancaq məqsədəuyğun ola bilərdi ki, bunun üçün də Azərbaycan seçilib.

Ümumiyyətlə, Azərbaycanın həm beynəlxalq aləmdəki nüfuzu, həm də ölkə daxilindəki stabil siyasəti, əminamanlıq, demokratik dəyərlərə verilən qiymət beynəlxalq təşkilatların ölkəmizə olan marağını və istəyini də artırmaqdadır. Buna görə də Azərbaycan önümüzdəki payız ayında ev sahibliyi edəcəyi bu toplantıda düşünürük ki, bir daha nüfuzunu, əhəmiyyətini nümayiş etdirə biləcəkdir".

"Eyni zamanda bu toplantının ehtiva etdiyi məsələlər bu gün bütün dünyanı düşündürən, narahat edən məsələlərdir ki, bu problemlərin də həlli yollarının vacibliyini hər zaman Azərbaycan irəli sürmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyev bütün müvafiq beynəlxalq toplantılarda ekoloji tarazlığın qorunması, dünyada ekologiyanın inkişaf etdirilməsinin ümumilikdə bəşəriyyət üçün verdiyi dəyəri hər zaman qırmızı xətlə irəli sürmüşdür. Sadəcə ekoloji tarazlıq təbiətin qorunması faktorlarını ancaq təbiət hadisəsi deyil, eyni zamanda biz bunu geniş siyasi müstəvidə də dəyərləndirməliyik. Bu gün ekologiyanın, tarazlığın qorunması gələcəkdə dünya insanının həyatının təhlükəsizliyinin təmin edilməsi mənasını da özündə əhatə edir. Bir daha düşünürük ki, bu, çox əhəmiyyətli tədbirdir. Tədbirlərə ev sahibliyi etməyimiz göstərir ki, daha əvvəl də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün növbəti mərhələ olacaq. Bu mərhələ bütün dünyaya bir daha Azərbaycanın simasını, verdiyi dəyərlərin nümayişinə çevriləcəkdir.

İqtisadi tərəfinə baxsaq, bu tədbir Azərbaycana nə qazandıracaq?

Bütün ictimai-siyasi dəyəri ilə bərabər eyni zamanda iqtisadi-maliyyə tutumu da göz önündə saxlanmalıdır. 80 min insanın Azərbaycana gəlmiş olması Azərbaycana da yeni dividentlər qazandıracaqdır. Biz COP29 beynəlxalq tədbirinin Azərbaycanımız üçün daşıdığı əhəmiyyəti bir daha vurğulayaraq ölkəmizə, dövlətimizə bu günə qədər olduğu kimi, bundan sonra da həyata keçirdiyi bütün fəaliyyətlərində və ev sahibliyi etdiyi bütün tədbirlərdə uğurlar diləyirik" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla