AZ

Azərbaycan ölkəsində və regionda sabitlik və sülh üçün çalışır - Türkiyəli general

Bakı. Trend:

Ölkələr xarici siyasətlərə, regionlarda baş verən hadisələrə özmilli maraqlarına uyğunluq və stabilliklərinə təsir etməməsiistiqamətində yön verməlidir. Həm Türkiyə, həm də Azərbaycan buaspektdən baxır.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakıkeçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauzdeyib.

Onun sözlərinə görə, yaşadığmız coğrafiya geosiyasi vəgeostrateji cəhətdən çox önəmli bir bölgədir.

"Dünya addım-addm üçüncü dünya müharibəsinə doğru gedir. Həttadeyə bilərik ki, bu müharibə başlayıb. Dünyada baş verən buproseslər ölkələrə təsirsiz ötüşməyəcək. Azərbaycan bu fondahadisələrə öz milli maraqları çərçivəsində yanaşır.

Həmçinin, özünün ayrıca strateji istiqaməti var. Azərbaycanıncənub qonşusu bir tərəfdən Ermənistanı dəstəkləyir, digər tərəfdəndə Azərbaycana aid olmayan mövzularla əlaqəli təzyiq göstərməyəçalışır.

Bu səbəbdən Azərbaycan ölkəsində və regionda sabitlik və sülhüçün çalışır. Həm də bu cür faəliyyətləri dost ölkələrləkoordinasiya etməsi çox önəmlidir. Azərbaycan və Türkiyə dünyadabaş verən proseslərdə tərəf olmamağa davam edir. Hər iki ölkəsiyasətdə əməkdaşlığa önəm verir", - deyə o bildirib.

Məqalədə:
Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla