AZ

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı işi üzrə dinləmələr davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, aprelin 19-dək Beynəlxalq Məhkəmə erməni tərəfinin şikayətinə iki mərhələdə baxacaq.

İrəvanın mövqeyini Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan təmsil edir.

Qeyd edək ki, dünənki dinləmələr Azərbaycanın etirazları ilə başlayıb. Bakı Ermənistanın verdiyi şikayətin bu məhkəmənin yurisdiksiyasına aid olmadığı üçün rədd edilməsini tələb edib.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla