AZ

1019 adda məhsulun İsrailə ixracı qadağan edilib - Türkiyə Ticarət Nazirliyi

İsrailə ixracı qadağan edilən məhsulların aprelin 9-dan bu ölkəyə, o cümlədən azad ticarət zonaları və tranzit marşrutları vasitəsilə tədarükü həyata keçirilmir.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildirilib.

“Ticarət Nazirliyinin aprelin 9-dan etibarən İsrailə 54 məhsul qrupunda 1019 adda məhsulların ixracını məhdudlaşdırmaq qərarına əsasən, həmin gün saat 09:00-dan etibarən gömrük orqanlarımızda qeydiyyata alınmır. Məhdudiyyətlər həmçinin məhsulların anbarlar, sərbəst zonalar, müvəqqəti saxlama yerləri və tranzit ticarət yolları vasitəsilə İsrailə tədarükünə də şamil edilir”, – məlumatda deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Ankaranın tətbiq etdiyi ixrac məhdudiyyətləri İsrail BMT və Beynəlxalq Məhkəmənin Qəzza ilə bağlı qərarlarına əməl edənə qədər qüvvədə qalacaq.

Azpost.info

 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla