AZ

İranın tarixdə ilk dəfə: Beynəlxalq münasibətlər sistemində oxlar yenidən nizamlanır

“Son baş verən hadisələr fonunda İsrail-İran qarşıdurması beynəlxalq münasibətlər sistemində oxların yenidən nizamlanmasını zəruri edir”.

Bunu Yenicag.az-a açıqlamasında İsrail-İran gərginliyinin çata biləcəyi ən pik həddə nələrin baş verəcəyi barədə fikirlərini səsləndirən politoloq Tural İsmayılov deyib.


Onun sözlərinə görə, İranın tarixdə ilk dəfə İsrail ərazilərinə açıq hərbi müdaxiləyə cəhdi bir sıra nüansları ortaya çıxardı.

“İlk olaraq nəzərə alınmalı məqam Tehran rejiminin dünya siyasi arenasında ciddiyətini itirməsi idi. Çünki yalnız proksi qüvvələr ilə yalnız İsraili təhdid edirdi. Eyni zamanda, Yəməndəki husilər və Livandakı “Hizbullah” vasitəsilə şantaja üstünlük verirdi”, – deyə o əlavə edib.

Politoloq bildirib ki, ancaq İran bu dəfə fərqli addım atdı və “Şahid” PUA-larını İsrailə doğru tuşladı:

“Lakin özü də bilmədən İsrail hava hücumundan müdafiə sisteminin qüdrətini və gücünü nümayiş etdirdi. Çünki göndərilən PUA-ların hər birinin qarşısı “Dəmir Qübbə” tərəfindən yüksək dəqiqliklə alındı. Nəticədə isə istər İsrail komandanlığı, istər hərbi analitiklər, istərsə də müdafiə sənayesi üzrə ekspertlər bir daha bu müdafiə sisteminin gücünün şahidi oldu. İran ideoloji olaraq düşmənçiliyini davam etdirsə də, hərbi sahədə nəinki İsraillə yarışacaq, heç yanından da keçəcək qədər potensialı yoxdur.
Son baş verən hadisələr fonunda İsrail-İran qarşıdurması beynəlxalq münasibətlər sistemində oxların yenidən nizamlanmasını zəruri edir”.

Nəsimi Ələsgərli

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla