AZ

ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ Maliyyə Nazirliyi İranın İsrailə hücumundan sonra İrana qarşı yeni sanksiyalara yaşıl işıq yandıracaq .

Aznews.az xəbər verir ki, "Axios" xəbər platformasında dərc olunan xəbərə görə, ABŞ-nin maliyyə naziri Canet Yellen İranın İsrailə hücumundan sonra İrana qarşı yeni sanksiyaların hazırlanması üçün yaşıl işıq yandırıb.

Axios bunu Yellenin BVF-nin bu gün keçirilən illik yaz toplantısının açılışındakı çıxışının mətninə əsaslanıb.

Analitiklər neftin qiymətini artırmamaq və İranın ən böyük neft müştərisi olan Çinin reaksiyasını cəlb etməmək üçün Bayden administrasiyasının İrana neft ixracına təsirli sanksiyalar tətbiq etməyəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, ABŞ respublikaçıları Bayden administrasiyasını İran neftinin satışını asanlaşdırmaqda ittiham etmişdilər.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla