AZ

Erməni deputatlar arasında QALMAQAL: “Meymunluq etdiyiniz bəsdir” – VİDEO

İrəvan Ağsaqqallar Şurasının iclasında qalmaqal baş verib.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasının iclasında Ermənistan paytaxtının meri Tiqran Avinyanla “Milli Tərəqqi” fraksiyasının üzvü Kristina Vardanyan arasında söz davası olub.

Bundan əvvəl Kristina Vardanyan çıxışında İrəvanda geniş miqyasda ağacların kəsilməsinə son qoymağa çağırıb.

“Respublika” fraksiyasından olan Ani Xaçatryan Kristina Vardanyana bütün bunları keçmiş mer, “Milli Tərəqqi” partiyasının rəhbəri Hayk Marutyana deməyi məsləhət görüb.

“Ani, sakit ol, sən bura qisas almaq üçün gəlmisən, meymunluq edirsiniz, bəsdir”, – deyə Kristina Vardanyan cavab verib.

Ani Xaçatryan cavabında deyib ki, Kristina Vardanyan sadəcə etiraf etməlidir ki, o, bütün bunları “Yaşıllaşdırma və ətraf mühitin mühafizəsi” ictimai qeyri-kommersiya təşkilatının direktoru vəzifəsi naminə edir.

Kristina Vardanyan və Ani Xaçatryan arasında söz davası davam edib, şəhər meri Tiqran Avinyan onları sakitləşdirməyə çalışıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla