AZ

Rusiyada miqrantların “etnik anklavlar” yaratmaq cəhdlərinin qarşısını almaq tələb olunub

Rusiyada miqrantların “etnik anklavlar” yaratmaq cəhdlərini dayandırmaq lazımdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Arxangelskdə keçirdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrasiya terrorizm və ekstremizm üçün baza olaraq qalır.

"Rusiyanın şimal-qərbində ona qarşı mübarizəni gücləndirmək, etnik anklavlar yaratmaq cəhdlərinin qarşısını almaq lazımdır", - deyə Patruşev vurğulayıb.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla