AZ

Danimarka 17-ci əsrə aid tarixi binada dəhşətli yanğın - FOTO/VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid tarixi birja binası bu gün səhər saatlarında naməlum səbəbdən alovlara təslim olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, tarixi binanın simvolik qülləsi aşıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Bildirilib ki, onlar hələ də alovla mübarizə aparırlar.

Binadakı insanlar yanğından xilas olmağa çalışarkən içəridəki bəzi tarixi rəsmləri də çıxarıblar. Danimarka mediası yanğın səbəbindən binanın yaxınlığındakı meydanın da boşaldıldığını yazıb.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla