AZ

İrandan İsrailə təhdid: “Hər ssenari üçün planımız var”

Tehran administrasiyası əvvəllər istifadə etmədikləri silahlara müraciət edə biləcəklərini bildirib.

AZXEBER.COM xəbər verir ki, İran İsrail ordusuna qisas almamaq barədə xəbərdarlıq edib.

Tehrandan verilən açıqlamada İsrailin hücumuna fərqli silahlarla cavab verəcəkləri bildirilib.

İran parlamentinin Təhlükəsizlik Şurasının sözçüsü Əbülfəzl Amuyi bildirib ki, İsrail İrana hücum edərsə, əvvəllər istifadə etmədikləri silahlardan istifadə edəcəklər.

Amuyi Livanda yerləşən Əl-Meyadin televiziyasına verdiyi açıqlamada Təl-Əvivin qisas alma ehtimalını dəyərləndirib.

Əbülfəzl Amuyi açıqlamasında bildirib:

\"Daha əvvəl istifadə etmədiyimiz silahları istifadə etməyə hazırıq. Hər ssenari üçün planımız var. İsrail məntiqli davranmalıdır”.

Nəzrin
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla