AZ

Premyer Liqa klubundan qalmaqalla ayrıldı, karyerasını bitirdi, xanımı virusa yoluxdurdu - VİDEO

“Zirə”nin sabiq legioneri Yozef Bumun vəfat etməsini xəbər vermişik.

Kamerunlu müdafiəçinin hansı səbəbdən dünyasını dəyişməsi rəsmi surətdə açıqlanmayıb.

2017/18 mövsümündə “Zirə”nin heyətində 17 oyuna çıxmış afrikalının bir müddət əvvəl “Hepatit C“ virusuna yoluxması barədə məlumat almışıq.

Demə, bu xəstəlik 35 yaşlı futbolçuya həyat yoldaşından keçib. Hələ 8 il qabaq Bumda bu xəstəliyin simptomları aşkarlanıb.

Vaxtilə Türkiyədə “Antalyaspor” və “Mersin İdman Yurdu”nun formasını geyinən Yozef 2019-cu ildə karyerasını bitirib. Arxa xətt oyunçusunun sonuncu klubu elə «Zirə» olub.

O, buradan qalmaqalla ayrılıb. 2017-ci ildə ölkəmizə gələn legioner 1 il sonra gerii qayıtmaqdan imtina edib.

Səudiyyə Ərəbistanından təklif alan kamerunlu sərbəst agent statusu almaq istəyib. Qəsəbə təmsilçisi isə bunun üçün qarşı tərəfdən 100 min dollar təzminat tələb edib.

«Qartallar» həmçinin ondan FİFA-ya şikayət məktubu göndərib. Belədə o, vaxtından əvvəl karyerasını bitirməli olub.

Jozef Bum 7 il öncə Azərbaycan mediasında son müsahibəsində qəsəbə təmilsçisinin sənədlərini vermədiyini bildirməklə yanaşı, bunun səbəbləri barədə danışmaq istəmədiyini demişdi.

Futbolsuz qalan Bum bu məsələdə “qartallar”ı ittiham etmiş və rəsmiləri Allaha tapşırdığını söyləmişdi.

“Zirə”nin baş meneceri Elman Himayətoğlu isə problemin legionerdən qaynaqlandığını demiş və başverənlərə belə izah vermişdi:

“Jozef Bum müsahibəsində özünə sərf edən məqamlara toxunsa da, nədənsə “Zirə” rəhbərliyinin hansı səbəbdən onun sənədlərini vermədiyinə aydınlıq gətirməyib.

Görünür, Bum problemin özündən qaynaqlandığını deməyə cəsarət tapmayıb. “Zirə”dən əvvəl Jozef Türkiyə çempionatında top qovurdu.

Onu bizə məsləhət biləndə müdafiəçi artıq türk klubundan problemlə ayrılmışdı. Özü bizimlə danışıqda bildirdi ki, komandaya gəlim və özümü yaxşı tərəfdən göstərəcəyim halda müqavilə imzalayaq.

Həqiqətən də özünü göstərdi və komandaya faydalı olduğunu ortaya qoydu. Bumun müqaviləsində əks olunan maaş Premyer Liqa göstəricilərinə görə az idi.

Bunu nəzərə alan klub rəhbərliyi dekabrda ona əlavə pul verdi və bildirdi ki, növbəti müqavilə müddəti üçün maaşın artırılacaq.

Bundan başqa, Jozefin müəyyən ailə problemləri var idi ki, onu da yoluna qoyduq. O fasilə dönəmində klubdan ayrılanda tətildən sonra düşərgəyə qayıdacağını gözləyirdik.

Ancaq Jozef geri dönmədi və buna görə də biz aidiyyatı qurumlara futbolçudan şikayət etdik. Jozefi başqa əcnəbi klub heyətinə qatmaq istəyirdi.

Müqaviləsi olduğu üçün biz də həmin klubdan təzminat istədik və 100 min dollar tələb etdik. Qarşı tərəf əvvəlcə bizimlə razılaşdı. Ancaq sonradan onlardan xəbər çıxmadı.

Futbolçunun bizimlə müqaviləsi varsa, onu havayı buraxan deyilik ki. Bum bu gün klubsuz qalıbsa, günahı özündə axtarsın.

“Zirə”nin bu məsələdə heç bir günahı yoxdur. Hər şey sənədlə həll olunur və biz də müasir futbolun tələblərinə uyğun addım atmışıq”.

SPORTİNFO.AZ

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla