AZ

Omanda leysan yağışları: 18 nəfər ölüb

Güclü yağış Körfəz ölkələri Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanını vurub. Omanda güclü yağışın səbəb olduğu daşqın nəticəsində 18 nəfər ölüb.

Herbiand.az xəbər verir ki, körfəz ölkəsi Omanda bazar günündən bəri təsirli olan güclü yağışlar daşqınlara səbəb olub. Başda Maskat, Şimali Əl Batina, Cənubi Əl Batina, Es Sharkiye, Ez Zahire və Ed Dahiliye olmaqla bir çox bölgə su altında qalıb. Oman Milli Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin verdiyi açıqlamada leysan yağışlar nəticəsində ən azı 18 nəfərin öldüyü bildirilib. Həyatını itirənlərdən 10-nun nəqliyyat vasitəsi ilə sürüklənən tələbələr olduğu bildirilib. Oman Kral Polisi və Oman ordusu daşqından zərər çəkmiş bölgələrdə qapalı qalanları təxliyə etmək üçün səfərbər edilib. Meteorologiya xidməti Musandam, Ez Zahire, El Buraymi, El Batina və Ed Dahiliye bölgələrində leysan xarakterli yağışların olacağı barədə xəbərdarlıq edib, Maskat və Əl Vusta bölgələrində arabir yağış yağacağı gözlənilir.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla