AZ

Ronaldo iki oyunluq cəzalandırılacaq

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında iki oyunluq cəzalandırılacaq.

 Lent.az xarici KİV-ə istinadən bildirir ki, Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal”la oyununda (1:2) qırmızı vərəqə alıb. Oyunun 86-cı dəqiqəsində portuqaliyalı rəqibinin üzünə dirsəklə vurduğu üçün qırmızı vərəqə alıb. Ronaldo meydandan qovulduqdan sonra hakimə tərəf yeriyib və daha sonra alqışlarla meydanı tərk edib.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi Ronaldonu iki oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Komitənin iclasında portuqaliyalı oyundan qovulmasını layiqsiz hesab etdiyini bildirib. Beləliklə, Ronaldo Səudiyyə Ərəbistanı çempionatının qarşıdakı iki oyununu - evdə "Əl-Faihi" ilə və səfərdə "Əl-Xaleic"lə görüşləri buraxacaq.

Bu, Ronaldonun "Əl-Nəsr"ə keçidindən sonra ilk qırmızı vərəqəsidir. 39 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubunda 56 oyun keçirib, 50 qol vurub və 14 məhsuldar ötürmə edib.

“Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində lider “Əl-Hilal”dan 12 xal geri qalaraq ikinci yerdədir.

Seçilən
131
37
Mənbələr
Şərh ()
Bağla