AZ

Banklar bağlanarkən əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Banklar bağlanarkən əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu. Həmin banklar müəyyən olunmuş qaydalardan kənara çıxmalarına görə bağlandı.Bəs banklar bağlanarkən ordakı əmanətlərin sonrakı aqibəti necə olur?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib:

"Banklarda saxlanan əmanətlərin sığortalanmış yaxud sığortalanmamış hissəsi var. Bağlanan müqavilədə sığortalanmış əmanətlərdisə, Əmanətlərin Siğortalanması Fondu həmin əlamətləri qısa müddətdə geri qaytarılmalıdır. 100 minə qədər olan əmanətlər Azərbaycanda sığortalanır. Burada ciddi bir problem olmamalıdır. Orada əsas problem hüquqi şəxslərlə bağlıdır. Hüquqi şəxslərin əmanətləri banklar bağlanarkən geri qaytarılması müşkülə çevrilir. Hətta "Bank Standart" neçə illərdir bağlanıb. Amma şirkətlərin hesablarında olan vəsaitlər hələ də geri qaytarılmayıb. Amma əhali ilə bağlı indiyə qədər ciddi bir problem yaşanmır".

Sevda Səfərova

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla