AZ

Prezident keçmiş bank və sığorta şirkəti rəhbərini – YENİ VƏZİFƏYƏ TƏYİN ETDİ

Prezident İlham Əliyev Azərbaycan Dövlət Reklam Agentliyinin rəhbərini dəyişib.

FED.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Aydın Münsüf oğlu İbadov Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Digər sərəncamla bu vəzifəyə Fərhad Əsgər oğlu Adıgözəlov təyin edilib.

Bu təyinat həm də ona görə, diqqəti çəkir ki, yeni vəzifəyə təyin edilən Fərhad Adıgözəlov Azərbaycanın maliyyə sektorunda yaxşı tanınan fiqurdur.

Belə ki, bu təyinata qədər F.Adıgözəlov Azərbaycanda bank sədri və sığorta şirkətinin rəhbəri vəzifəsində çalışıb.

Belə ki, o 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri çalışıb.  2021-ci ildə isə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə - «Azərsığotrta» - Sədr təyin edilib, 2023-cü ildə şirkət bağlanana qədər F.Adıgözəlov ona rəhbərlik edib.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla