AZ

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir. 


Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci rübündə 900 min ədəd tibbi maska istehsal olunub. İstehsal olunan tibbi maskanın sayı əvvəlki ilin birinci rübü ilə müqayisədə 4,5 dəfə çoxdur. 2023-cü ilin birinci rübündə 200 min ədəd tibbi maska istehsal edilmişdi. 


Bu il tibbi maska istehsalında artımın böyük olması ötən il istehsalın dəfələrlə azalması ilə bağlıdır. 2022-ci ilin birinci rübündə 11,6 milyon ədəd, 2021-ci ilin birinci rübündə 7,2 milyon ədəd tibbi maska istehsal edilmişdi. 


Vasif

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla